Alternative content

22:42 18 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mübariz İbrahimova ithaf edilən mahnı və klip İraq televiziyasında yayımlanıb
Mübariz İbrahimova ithaf edilən mahnı və klip İraq televiziyasında yayımlanıb
ANA SƏHİFƏ / Mədəniyyət
12:48 11.01.2019

Tanınmış bəstəkar Sevinc Tofiqqızının Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi "Mübariz” adlı mahnı və klip İraqın "TERT” telekanalında yayımlanıb.

Sevinc Tofiqqızı AZƏRTAC-a bildirib ki, bu mahnının onun üçün xüsusi özəlliyi var: "Bütün dünya ölkələri bilsinlər ki, Azərbaycan yenilməz dövlətdir. Qəhrəmanlarımızın şücaətini tərənnüm edən genişhəcmli əsərlər yazılmalı, ölkədən kənarda təbliğ edilməlidir. Mübariz İbrahimov kimi qəhrəmanlarımız gənclərimizə təbliğ olunmalıdır. Mən də bir bəstəkar olaraq bunun tətbiqinə çalışıram. Milli qəhrəmanımızın ruhu qarşında bas əyirəm. Mahnını yayımladıqları üçün "TERT” Tv-nin əməkdaşlarına və rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, mahnının sözləri Baba Vəziroğluna məxsusdur. Mahnını azyaşlı ifaçı Mehdi Həsənov səsləndirib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM