Alternative content

17:06 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elektron Hökumətin İnkişafı Mərkəzi ilə ADA Universiteti arasında anlaşma memorandumu imzalanıb
Elektron Hökumətin İnkişafı Mərkəzi ilə ADA Universiteti arasında anlaşma memorandumu imzalanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:31 11.01.2019


Yanvarın 10-da Elektron Hökumətin İnkişafı Mərkəzi ilə ADA Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, sənədi mərkəzin direktoru Fariz Cəfərov və universitetin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Beş il müddətini əhatə edəcək memorandum universitetdə təhsil alan tələbələrin karyera hazırlığı, kadrların peşəkar inkişafına dəstək, o cümlədən müvafiqyönümlü layihələrə töhfə verilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsini əhatə edir.

Memorandum çərçivəsində tərəflər arasında ADA Universitetinin Karyera İdarəetmə Mərkəzi ilə əməkdaşlıq, müasir informasiya və kommunikasiya texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi, ölkəmizdə böyükölçülü verilənlər anlayışının təbliğ olunması, toplanması, analiz edilməsi və mövcud imkanların üzə çıxarılması razılaşdırılıb. Həmçinin innovasiya ekosisteminin gücləndirilməsi, "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə birgə fəaliyyətin aparılması, süni intellekt alqoritmlərinin elektron hökumətdə mövcud sahələrə tətbiqi, inkişaf etdirilməsi, universitetin ixtisasartırma proqramları vasitəsilə peşəkar inkişaf proqramlarının təşkil olunması ilə bağlı birgə addımların atılması fəaliyyət istiqamətlərinə daxil edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM