11 Yanvar 2019 00:34
917
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12 (I kitab), maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592; 2015, № 5, maddə 490; 2017, № 5, maddə 705; 2018, № 1, maddə 4, № 3, maddə 389) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.23-cü maddəyə, 33.1-ci maddənin ikinci cümləsinə və 38.1-ci maddənin birinci cümləsinə "qərarının” sözündən sonra "(sərəncamının)” sözü əlavə edilsin.

2. 8-ci maddə üzrə:

2.1. maddənin adında "elan” sözü "təyin” sözü ilə əvəz edilsin;

2.2. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"8.1. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.”.

3. 9.1-ci maddədə "elan olunduğu” sözləri "təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin.

4. 40.6-cı və 40.7-ci maddələrin birinci cümlələrində "elan” sözü "təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri ilə əvəz edilsin.

5. 41.3-cü maddədə "seçkilər (referendum) elan olunduğu” sözləri "seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi” sözləri ilə əvəz edilsin.

6. 44.2-ci maddəyə və 77.3-cü maddənin ikinci cümləsinə "qərar” sözündən sonra "(sərəncam)” sözü əlavə edilsin.

7. 47.2-ci maddədə "elan olunması günündən” sözləri "təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən” sözləri ilə əvəz edilsin.

8. 58.3-cü maddənin birinci cümləsinə "təyin” sözündən sonra "edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc” sözləri əlavə edilsin.

9. 77.2-ci maddənin ikinci cümləsinə, 78.3-cü maddəyə, 81.2-ci maddənin üçüncü cümləsinə, 83.6-cı maddənin ikinci cümləsinə, 84.1-ci maddənin ikinci cümləsinə, 87.2-ci, 89.2-ci, 90.2.5-ci, 90.2.9-cu maddələrə, 97.2.2-ci maddənin ikinci cümləsinə və 111.2-ci maddənin ikinci və üçüncü cümlələrinə "qərarın” sözündən sonra "(sərəncamın)” sözü əlavə edilsin.

10. 123.3-cü maddədə "referendum elan” sözləri "referendumun təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc” sözləri ilə əvəz edilsin.

11. 124.1-ci maddənin birinci cümləsinə "qərarla” sözündən sonra "(sərəncamla)” sözü əlavə edilsin.

12. 145.4-cü və 146.2-ci maddələrdə "qərar” sözü "sərəncam” sözü ilə əvəz edilsin.

13. 178-ci maddə üzrə:

13.1. 178.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"178.1. Bu Məcəllənin 179.2-ci maddəsində müəyyən edilmiş qaydada seçkilərin təyin olunması halları istisna olmaqla, yeddi il əvvəl keçirilən Prezident seçkilərində Prezidentin seçildiyi səsvermənin keçirildiyi ayın ikinci həftəsinin çərşənbə gününə Prezident seçkiləri təyin olunur.”;

13.2. 178.2-ci maddədə "elan” sözü "təyin” sözü ilə əvəz edilsin;

13.3. 178.3-cü maddədə "keçirilməsi gününün elan” sözləri "təyin” sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video