11 Yanvar 2019 00:26
288
İQTİSADİYYAT
A- A+

İnvestisiyanın həcmi 21,2 faiz artıb


Əgər Azərbaycan iqtisadiyyatının gələcəkdə dayanıqlığı qeyri-neft sektorunun inkişafı ilə bağlıdırsa, qeyri-neft sektorunun bugünkü inkişafı sözügedən sahəyə kapital qoyuluşundan asılıdır. Məhz bu nəzərə alınaraq ölkəmizdə sözügedən sektora kapital qoyuluşu ilbəil artırılır.

Təkcə ötən ilin 11 ayı ərzində əsas kapitala yönəldilmiş 12,8 milyard manatlıqdan çox vəsaitin əksər hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına istinadən daha dəqiq desək, bu dövrdə qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 21,2, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 22,6 faiz artmışdır. İstifadə olunan vəsaitin 68,4 faizi məhsul istehsalı, 23,5 faizi xidmət obyektlərinin, 8,1 faizi isə ümumi sahəsi 1,8 milyon kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. O da maraqlı faktdır ki, əsas kapitala, o cümlədən qeyri-neft sektoruna yönəldilən vəsaitlərin 63,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Daxili vəsaitlərin tərkibində isə qeyri-dövlət sektoru sərmayədarlarının xüsusi çəkisi də az olmamışdır - 48,2 faiz.

Maraqlı fakt həm də odur ki, bu vəsaitlər hesabına tikilib istifadəyə verilən qeyri-neft müəssisələrinin əksəriyyətinin ünvanı regionlardır. Sumqayıt Kimya Sənaye Parkındakı Tütün məmulatları istehsalı fabriki, Polipropilen, Əlvan metallar və ferroərintilər, İnşaat kimyəviləri zavodları, Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə, Goranboyda "Region aqropark”, "Azərxalça”nın Ağdam, İsmayıllı və Xaçmaz filialları, İsmayıllıda heyvandarlıq kompleksi, Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu, Şamaxıda üzümçülük və şərabçılıq kompleksi, eləcə də əksər regionları əhatə edən çoxsaylı avtomobil yolları, elektrik yarımstansiyaları, təhsil, səhiyyə və idman müəssisələri yalnız keçən il bölgələrdə istifadəyə verilən obyektlərin bir hissəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video