11 Yanvar 2019 00:25
323
İQTİSADİYYAT
A- A+

Əhalinin 1,5 milyon nəfərdən çoxu neftdən kənar sahələrdə çalışır


Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər məşğulluq sahəsində də müsbət nəticələr verir. Belə nəticələrdən biri bu gün işləyən ölkə əhalisinin əksər hissəsinin qeyri-neft sektorunda cəmləşməsidir.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2018-ci il dekabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5,1 milyon nəfərdən çox olmuşdur ki, onlardan da 4,8 milyon nəfəri işlə təmin edilmişdir. Ötən il noyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1,5 milyon, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884,7 min, qeyri-dövlət sektorunda 668,1 min nəfər olmuşdur. Sözügedən dövrə olan məlumata görə, neft sektorunda 33,9 min, qeyri-neft sektorunda 1,5 milyon nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda çalışan işçilərin 23,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 7 faizi emal sənayesində, 3,3 faizi aqrar sektorda, eləcə də meşə təsərrüfatı və balıqçılıqda, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalında, 2,2 faizi mədənçıxarmada, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

Xidmət sahələrinə gəldikdə, bu sektorda işləyənlərin 21,4 faizi təhsil, 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, bir o qədər maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə və bir o qədər daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1 faizi isə digər sahələrdə cəmləşmişlər.

Onu da qeyd edək ki, ötən il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidmət orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 30,4 min nəfər olmuşdur. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 213 manata çatmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video