Alternative content

22:15 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avtomobil, balıq yemi və mebeli nə birləşdirir
Avtomobil, balıq yemi və mebeli nə birləşdirir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:25 11.01.2019


Yola saldığımız 2018-ci ildə ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində çox mühüm layihələr icra olunub və bu proses daha davamlı xarakter alıb. Xüsusilə sənayenin inkişafına böyük diqqət göstərilib. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb. Nəticədə daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi genişlənib.

Bu məqsədlə yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və sənaye məhəllələri yaradılıb. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye məhəllələrinin müstəsna əhəmiyyəti var.

Qeyri-neft sektorunun inkişafı ölkənin ümumi iqtisadi inkişafın qarantıdır. Belə ki, dünya bazarında neftin qiyməti kəskin şəkildə oynayır. Bu cür vəziyyət ölkənin maliyyə təminatına, həmçinin ümumi inkişafa mənfi təsir göstərir, maliyyə və iqtisadi balans pozulur. Sözsüz ki, belə hal ölkənin sabit inkişafına da müsbət təsir göstərmir.

Ölkəmizdə müxtəlif sənaye məhsullarını istehsal etmək üçün çoxlu xammal növü var. Daxildə sənaye istehsalı olmadığı üçün bu xammal istifadəsiz qalır. Halbuki həmin xammaldan məhsul istehsal etmək iqtisadi cəhətdən səmərəlidir. Belə ki, yerli xammal hesabına istehsal edilən məhsulun maya dəyəri aşağı düşür və əhalinin bu növ məhsullardan istifadəsi asanlaşır. Bununla yanaşı, həmin növ məhsulu daha ucuz qiymətə xarici bazara satmaqla ölkəyə valyuta gətirmək də mümkündür.

Qeyri-neft sənayesinin inkişafı üçün ölkəmizdə müxtəlif təyinatlı müəssisələr yaradılır. Artıq onların bir çoxu fəaliyyət göstərərək daxili tələbatı ödəməklə yanaşı, xarici bazara da çıxır. Bu cür qeyri-neft sənayesinin flaqmanı texnoparklardır. Texnoparklar iri istehsal sahələridir, əsasən bir sahə üzrə ixtisaslaşır. Məsələn, Sumqayıt Kimya Sənaye Texnoparkı kimi.

İkinci yol sənaye məhəllələrinin yaradılmasıdır. Bu növ istehsal sahələri həcmcə kiçik olsa da, istehsal etdiyi məhsul növünə görə çoxşaxəlidir. Sənaye məhəllələrinin bir üstünlüyü də odur ki, ölkənin bütün şəhər və rayonlarında belə müəssisələr yaratmaq mümkündür və yaradılır da. Çünki bir çox müəssisələrin xammalı həmin bölgələrdə yerləşir. Kiçik sahələri əhatə etdiyi üçün onun quraşdırılmasının xərci də azdır. Kiçik və orta sahibkarlar belə müəssisələrə sərmayə qoymaq imkanına malik olduqları üçün də sərfəlidir. Bu istiqamətdə həyata keçirilən siyasətin əsas məqsədi hər bir rayonda sənaye məhəllələrinin yaradılmasıdır.

Neftçala Sənaye Məhəlləsi bu sahədə birincidir. Burada hətta "Xəzər” adlı avtomobillər istehsal olunur. Arıq həmin avtomobillər satışa buraxılıb. Gələcəkdə müəssisədə ildə 10 min avtomobilin istehsalı nəzərdə tutulub.

Bundan başqa, burada "Kəhf” MMC fəaliyyət göstərir. Müəssisənin illik istehsal gücü 25 ton balıq yemi istehsal etməkdir. Gələcəkdə müəssisədə mal-qara, eləcə də digər yemlərin istehsalı nəzərdə tutulur. Müəssisənin yaradılması üçün 12 milyon manat investisiya qoyulub. Qeyd edək ki, Sahibkarlığa Kömək Milli Fondu da müəssisəyə 5,9 milyon manat güzəştli kredit verib.

Neftçala Sənaye Məhəlləsində daha bir müəssisə fəaliyyət göstərir. İllik istehsal gücü 2 milyon tara olan "Metak” MMC-yə 1,35 milyon manat investisiya yatırılıb. Həmin müəssisəyə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 600 min manat güzəştli kredit verilib.

"Gilan PİVOT” MMC-nin investisiya dəyəri isə 1 milyon manatdır. İllik istehsal gücü 60-80 suvarma sistemləri olan müəssisədə 15 nəfər işlə təmin edilib. Bundan başqa, Neftçala Sənaye Məhəlləsində "Toğrul-2008”, "Providence Limited”, "Azproduct”, "Petroqeoaz” MMC-ləri fəaliyyət göstərir.

Hacıqabul Sənaye Məhəlləsi də istifadəyə verilmək ərəfəsindədir. Tikinti işlərinə 200 nəfər cəlb edilib. Sabirabad Sənaye Məhəlləsi isə 20 hektar ərazidə yaradılır. Artıq burada tikinti işlərinə başlanılıb. İnşaat işləri ilə 200 nəfər məşğul olur.

Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə 2017-ci ilin iyulunda başlanmışdı. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə burada mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsal olunur. Ümumiyyətlə, bu sənaye məhəlləsində çalışmaq üçün sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM