Alternative content

17:03 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Planetin bəzi regionlarında hələ orta əsrlərdən başlayan qlobal soyuqlaşma prosesi gedir
Planetin bəzi regionlarında hələ orta əsrlərdən başlayan qlobal soyuqlaşma prosesi gedir
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:54 10.01.2019

Qlobal istiləşmə ilə bağlı ümumi iqlim dəyişiklikləri Dünya okeanı sularının tədricən qızmasına səbəb olur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu yaxınlarda Harvarddan olan tədqiqatçılar qrupu Sakit okeanda tam sürətlə əks prosesin getdiyi unikal region aşkarlayıblar.

Alimlərin fikrincə, suyun soyumasına səbəb təxminən 1500-cü ildə başlayan və XIX əsrin ortalarınadək davam edən Kiçik buz dövrü olub. Suyun soyuq kütlələri uzun müddət səthdə qalıb, lakin getdikcə təxminən iki min metr dərinliyinə çəkilib. Sakit okeanın nəhəng ölçüləri nəzərə alınarsa, bu proses yüz və hətta min illərlə davam edə bilər.

İlk okeanoqrafiya ekspedisiyası XIX əsrin ikinci yarısında təşkil edilib. O vaxt "HMS Challenger” adlı taxta yelkən gəmisi ilə yola düşən alimlər qrupu müxtəlif dərinliklərdə suyun hərarətinin beş minə yaxın ölçüsünü götürüblər.

Artıq bu günümüzdə tədqiqatçılar son göstəriciləri "HMS Challenger”dəki ekspedisiya zamanı alınan ölçülərlə müqayisə edərək, Kiçik buz dövrünün soyuq okean kütlələrinin hərəkətini (yüklənməsini) izləyə biliblər.

Toplanılan məlumat iqlimin planetar dəyişikliklər dinamikasını və onların ehtimal edilən nəticələrini daha yaxşı başa düşməkdə alimlərə kömək olacaq.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM