10 Yanvar 2019 22:50
339
İQTİSADİYYAT
A- A+

Xəzərin dibi ilə fiber-optik kabel magistralının çəkilişi müzakirə olunub


Azərbaycan, Əfqanıstan və Türkmənistan transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, yanvarın 10-da Bakıda Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryobi, həmçinin adıçəkilən ölkənin maliyyə naziri Məhəmməd Humayun Qayomi, Türkmənistanın "Aşqabat Şəhər Telefon Şəbəkəsi” QSC-nin baş direktoru Yusup Kerimov, "Türkməntelekom” şirkətinin baş direktor müavini Durdelı Atayev və Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay iştirak ediblər.

Üçtərəfli görüş zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə "Siyəzən-Türkmənbaşı” fiber-optik kabel magistralının çəkilməsi, o cümlədən Türkmənistan ərazisi ilə Əfqanıstanın internetlə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bununla bağlı texniki-iqtisadi əsaslandırma işlərinin həyata keçirilməsi məqsədilə üç ölkənin mütəxəssislərinin iştirakı ilə birgə işçi qrupun yaradılması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video