Alternative content

10:14 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Qızıl Aypara Cəmiyyətində Pakistan nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Qızıl Aypara Cəmiyyətində Pakistan nümayəndə heyəti ilə görüş keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:49 10.01.2019

Azərbaycan Qızıl Aypara Cəmiyyətində Pakistan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə iki ölkənin milli cəmiyyətləri arasında olan dostluq və qardaşlıq münasibətləri barədə danışıb, birlik və həmrəylik əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Pakistan Qızıl Aypara Cəmiyyətinin Balocistan əyalətinin sədri Seyd Şabir Bəyan və sədr müavini Məhəmməd Əkrəm Şah görüşdən məmnunluqlarını bildirib, təmsil etdikləri əyalətdə baş verən quraqlıq nəticəsində yerli əhalinin üzləşdiyi çətinliklərdən bəhs ediblər.

Azərbaycan təşkilatının nümayəndələri dost ölkənin üzləşdiyi təbii fəlakətlə əlaqədar müvafiq dəstək göstərilməsinə çalışacaqlarını bildiriblər.

Görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tarixində şərəfli xidmətlərinə görə fərqlənənlərin və "Florens Nightingale” mükafatına layiq görülmüş tibb bacılarının fəaliyyətini əks etdirən qalereya və kiçik muzeylə tanış olublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM