10 Yanvar 2019 21:17
345
İQTİSADİYYAT
A- A+

TAP kəməri 2020-ci ildə istifadəyə veriləcək


Azərbaycan qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İtaliya İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa Komissiyasına göndərilmiş Energetika və iqlim üzrə İnteqrasiya edilmiş Milli Plan Layihəsində dərc olunub.

İtaliya İqtisadi İnkişaf Nazirliyinin saytında yerləşdirilmiş Milli Plan Layihəsində deyilir: "İtaliyaya ildə təqribən 8,8 milyard kubmetr qaz idxal etməyə imkan verən, gələcəkdə buraxıcılıq qabiliyyəti ildə 10 milyard kubmetrə qədər artırılacaq TAP kəməri 2020-ci ildə istifadəyə veriləcək”.

Xəbər verildiyi kimi, TAP-ın qəbul terminalını "Snam Rete” qaz şəbəkəsi ilə birləşdirən interkonnektor tikintisi layihəsinin həyata keçirilməsi üzrə işlər 2019-cu il yanvarın 12-də başlanacaq.

"Snam-TAP” layihəsi TAP boru kəmərinin qəbul terminalını İtaliyada "Snam Rete” qaz şəbəkəsi ilə birləşdirəcək 55 kilometrlik interkonnektor tikilməsi nəzərdə tutulur.

Albaniya KİV-lərinin verdiyi məlumata görə, bu ölkə TAP-ın qorunması layihəsi üçün avadanlıqdan müvəqqəti istifadə edilməsi barədə qərarı bəyənib.

Məlumatda deyilir: "Albaniya hökuməti Berat, Skrapar və Fiyeri regionlarında çayların məcrasından çıxmasının qarşısını alan və TAP-ın qorunmasını təmin edən bəndlər tikinti layihəsinə aid torpaq sahələrinin müvəqqəti özgəninkiləşdirilməsi və istifadə edilməsi barədə qərarı təsdiq edib”.

Qeyd edilir ki, torpaq sahələrinin və daşınmaz əmlak obyektlərinin sahiblərinə tam həcmdə kompensasiya ödəniləcək. Bu torpaq sahələrindən və daşınmaz əmlak obyektlərindən bir il ərzində istifadə ediləcək.

Dəyəri təqribən 4,5 milyard avro olan Transadriatik boru kəməri "Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir.

TAP kəmərinin ilkin gücünün ildə 10 milyard kubmetrə bərabər olması və gələcəkdə onun daha da artırılması planlaşdırılır.

Ümumi uzunluğu 878 kilometr olan boru kəmərinin 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə və 8 kilometri İtaliya ərazisindən keçəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video