10 Yanvar 2019 14:28
413
DÜNYA
A- A+

Almaniya aeroportlarında başlayan tətil 110 min sərnişinə təsir göstərəcək


Bu gün Almaniyanın üç böyük hava limanında - Düsseldorf, Köln-Bonn və Stuttgart aeroportlarında təhlükəsizlik xidməti əməkdaşlarının birgünlük tətili başlayıb.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Verdi həmkarlar ittifaqının çağırışı ilə keçirilən tətil 110 minə yaxın sərnişinə təsir göstərə bilər. Aksiya artıq yanvarın 10-na keçən gecə problem yaratmağa başlayıb: Köln-Bonn aeroportunun buraxılış darvazası qarşısında yük avtomobillərinin uzun növbəsi yaranıb. Tətil səbəbindən Düsseldorf aeroportunda 350, Stuttgartda isə 125 aviareys ləğv olunub.

Həmkarlar ittifaqı təşkilatı təhlükəsizlik xidməti əməkdaşlarına saathesabı 20 avro ödənməsini tələb edir. İşəgötürən isə əməkhaqqının 6,4 faizədək artırılması təklifini irəli sürüb. Verdi bu təkliflə razılaşmayıb.

Tərəflər yanvarın 23-də yenidən danışıqlar masası arxasına keçəcək. Bu dəfə də razılıq əldə olunmasa, həmkarlar ittifaqının bütün ölkə ərazisində və daha uzunmüddətli tətil çağırışı etməsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video