Alternative content

22:16 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Növbəti Formula 1 yarışı üçün yerli media nümayəndələrinin akkreditasiyasına start verilib
Növbəti Formula 1 yarışı üçün yerli media nümayəndələrinin akkreditasiyasına start verilib
ANA SƏHİFƏ / İDMAN
14:27 10.01.2019

"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 26-28-də dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyasına start verib.

BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Qran-Prisi də daxil olmaqla bütövlükdə 2019-cu il Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və "Formula One Management” (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi fevralın 28-dək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai yerli media nümayəndələrini qeydiyyatdan keçməyə çağıraraq deyib: "Formula 1 yarışlarında iştirak edən media nümayəndələri müəyyən rəsmi standartlara və kriteriyalara əməl etməlidirlər. Yalnız həmin göstəricilərə tam cavab verən jurnalistlər FIA və FOM-un təsdiqi ilə yarışa buraxılış vəsiqəsi əldə edəcəklər. Fürsətdən istifadə edərək yarışı işıqlandırmaq istəyən bütün jurnalistləri bu kriteriyalarla yaxından tanış olmağa və Formula 1 Azərbaycan Qran-Prisinə gecikmədən qeydiyyatdan keçməyə çağırırıq”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM