Alternative content

11:34 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan hökumətinin iclasında ölkədə “orqan mafiyası”nın fəallaşması müzakirə olunub
Ermənistan hökumətinin iclasında ölkədə “orqan mafiyası”nın fəallaşması müzakirə olunub
ANA SƏHİFƏ / DÜNYA
14:25 10.01.2019

Ermənistan hökumətinin iclasında çıxış edən baş nazirin birinci müavini Ararat Mirzoyan bildirib ki, son vaxtlar bu ölkədə "orqan mafiyası”nın fəallaşması ilə bağlı faktlar artmaqdadır. Onun sözlərinə görə, bu cinayətkar qrupun qurbanları övladlığa götürülən kimsəsiz uşaqlar olur.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hökumət rəsmisi bu narahatlığını Ailə Məcəlləsinin müzakirəsi zamanı ifadə edib. A.Mirzoyan vurğulayıb ki, onun bu nəticəyə gəlməsinin səbəbi son aylar daxil olan məlumatlarla bağlı apardığı araşdırmadır. Mafiya üzvləri övladlığa götürmə adı ilə azyaşlıların orqanlarını satışa çıxarırlar. "Bir çox hallarda uşaqların övladlığa götürlməsinin səbəbi məhz bununla bağlıdır” deyən baş nazirin birinci müavininə Paşinyanın cavabı belə olub: "Szin sözlərinizdən sonra mənim qan təzyiqim qalxdı.”

Paşinyanın əsəbi olduğunu görən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan isə bəyan edib ki, erməni uşaqlarının "orqan mafiyası” tərəfindən övladlığa götürülərək xarici ölkələrə aparılması həqiqətə uyğun deyil. Ölkənin baş prokuroru da vəziyyətə tam nəzarət etdiyini əlavə edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM