Alternative content

22:08 19 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağsuda sənaye məhsulları istehsalı 27,6 faiz artıb
Ağsuda sənaye məhsulları istehsalı 27,6 faiz artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:19 10.01.2019

Ağsu rayonunda 2018-ci ildə 7 milyon 529 min manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2017-ci ilə nisbətən 1 milyon 628 min manat və ya 27,6 faiz çoxdur.

Qeyd edək ki, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait aqrar rayon olan Ağsuda iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir. Təsadüfi deyil ki, rayonda fəaliyyət göstərən "Az Granata” MMC-nin Ağsu şirə və şərab emalı zavodu, "Qradus-40” MMC, "Alprint” MMC və digər sənaye müəssisələri öz fəaliyyətlərini ildən-ilə genişləndirirlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM