Alternative content

07:06 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Vətənə xidmətinə görə sağ ol!” adlı hərbi xidmətdən yolasalma mərasimi keçirilib
“Vətənə xidmətinə görə sağ ol!” adlı hərbi xidmətdən yolasalma mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
14:17 10.01.2019


Müdafiə Nazirliyinin cəbhə bölgəsindəki "N” saylı hərbi hissəsində xidmət müddətini başa vurmuş bir qrup hərbi qulluqçunun ehtiyata buraxılmaları ilə əlaqədar "Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yolasalma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərasim ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin ifası və dövlət bayrağının gətirilməsi ilə başlayıb.

Sonra xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına rəmzi olaraq silahların, zirehli jiletlərin və dəbilqələrin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən birlik komandiri ehtiyata buraxılan şəxsi heyətə müdafiə nazirinin təbriklərini çatdırıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verərək gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıb.

Xidmət müddətində fərqlənən hərbi qulluqçuların həvəsləndirilməsi və qiymətli hədiyyələrlə mükafatlandırılmasından sonra Füzuli Dövlət Dram Teatrının kollektivi şəxsi heyət qarşısında çıxış edib.

Tədbir bayram naharı ilə sona çatıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM