Alternative content

17:11 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kosmosun dərinliklərindən gələn sirli radiosiqnallar aşkar edilib
Kosmosun dərinliklərindən gələn sirli radiosiqnallar aşkar edilib
ANA SƏHİFƏ / DÜNYA
14:14 10.01.2019

Kanadadakı rəsədxanada quraşdırılmış teleskopla müşahidə aparan astronomlar uzaq qalaktikadan gələn sirli radiosiqnallar aşkar ediblər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, fəzada radiasiya partlayışı nəticəsində görünən parlaq işığın mənşəyi elmə məlum deyil. FRB adlanan bu cür 13 partlayışın yaradığı radiosiqnalların 1,5 milyard işıq ili məsafəsindən gəldiyi ehtimal olunur.

Britiş Kolumbiya Universitetinin astrofiziki İnqrid Steyrs bildirib ki, bu şüaları planetin başqa nöqtələrindən də müşahidə etmək mümkün olub. Onun sözlərinə görə, alimlər bu nadir kosmos hadisəsinin səbəblərini və mənşəyini öyrənmək üçün müvafiq tədqiqatlar aparmalıdır.

Okanaqan vadisində yerləşən Britiş Kolumbiya Universitetinə məxsus CHIME rəsədxanasında10 metr uzunluğu olan yarımsilindrik antenalar kosmosdan gələn sirli radiosiqnalları qəbul edib. Teleskopun yaddaşına yazılmış parlaq qığılcımlar da astrofiziklərə təqdim edilib.

Kanadanın MakGill Universitetinin astrofiziki Şriharş Tendulkar qeyd edib ki, qeydə alınan hər iki partlayışdan sonra daxil olan siqnallar bir-birinin bənzəridir. Alim əlavə edib ki, radiosiqnalların oxşarlığı onların eyni mənbədən gəldiyini göstərir, bütün kainatdan keçən və çox qısa olan radiodalğalarının parlaqlığı da ani görünür.

İndiyədək alimlər kosmosda bu cür 60 partlayış və radiosiqnallar qeydə alıblar. Onlar istisna etmirlər ki, əngin fəzada hər gün Yerdəki teleskopların görə bilmədiyi bu cür radiosiqnallar yayılır. Onların mənşəyi ilə bağlı ehtimallar arasında neytronların yaratdığı çox güclü maqnit sahəsinin, habelə ulduzların bir-birini udmasının təsiri versiyaları da var.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM