Alternative content

22:47 18 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çin telekanalı: Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkədir
Çin telekanalı: Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkədir
ANA SƏHİFƏ / SİYASƏT
13:59 10.01.2019


Çində turizm üzrə ixtisaslaşan "Travel Channel” internet televiziya kanalının "Dünyaya baxış” proqramının növbəti buraxılışı Azərbaycana həsr olunub.

AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın tarixi, zəngin mədəni irsi, coğrafi mövqeyi, turizm potensialı, mətbəxindən söz açılıb. Qeyd olunub ki, Şərqi Avropa ilə Qərbi Asiya arasında yolların qovuşuğunda yerləşən odlar diyarı - Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkə olmaqla yanaşı, qədim və sirli abidələri, rəngarəng təbiəti ilə diqqəti cəlb edir.

Verilişdə xalqımızın tarixində və mədəniyyətində xüsusi yeri olan odla bağlı abidə və ənənələrdən, o cümlədən heç bir təbiət hadisəsinin söndürə bilmədiyi "Yanar dağ”dan, uzun əsrlər boyu ibadətgah kimi istifadə olunan "Atəşgah” məbədindən, müasir Bakının rəmzi olan "Alov qüllələri”ndən söz açılıb. Bundan başqa, paytaxt Bakının tarixi və müasir görkəmindən, bir neçə əsrlik tarixi olan, hazırda da yaşayış məkanı kimi istifadə edilən və UNESCO-nun maddi irs siyahısında yer alan İçərişəhərdən, haqqında rəvayətlər gəzən Qız qalasından, Qobustan qoruğundan ətraflı bəhs olunub.

Azərbaycanın təbii gözəlliklərindən də danışılan verilişdə palçıq vulkanları haqqında söhbət açılıb. Bildirilib ki, Azərbaycan bu növ vulkanların sayına görə dünyada birincidir. Tamaşaçılara təbii şəfaverici xüsusiyyəti olan Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində və qadınların dərilərinə qulluq məqsədi ilə istifadəsi barədə məlumat verilib.

Verilişin qonağı olan Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı aparıcıların və tamaşaçıların ölkəmizlə bağlı suallarını cavablandırıb. Bildirib ki, zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan son illər turizm sahəsində də yüksəlişə nail olub. On bir iqlim qurşağından 9-unun rast gəlindiyi Azərbaycanda əcnəbilər turizmin müxtəlif növləri üzrə istirahət edə bilərlər.

Səfir Ə.Zeynallı iki ölkə arasında turizm sahəsində əlaqələrdən bəhs edərək, deyib ki, Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə "ASAN viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib.

Sonda proqramın aparıcısı tamaşaçıları Azərbaycana səyahəti tövsiyə edərək, həm özünəməxsus tarixi abidələrin, həm də müasir Avropa üslubundakı binaların yanaşı olduğu Bakını görməyə çağırıb. Bildirib ki, turistlər İçərişəhərdə gəzərkən özlərini keçmiş dövrlərdə hiss edəcəklər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM