Alternative content

06:59 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İtaliyada TAP-ı qaz şəbəkəsinə birləşdirəcək kəmərin tikintisinin vaxtı açıqlanıb
İtaliyada TAP-ı qaz şəbəkəsinə birləşdirəcək kəmərin tikintisinin vaxtı açıqlanıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:25 10.01.2019


2019-cu il yanvarın 12-də İtaliyada Transadriatik qaz kəmərinin (TAP) qəbuledici terminalını "Snam Rete” qaz şəbəkəsinə birləşdirəcək interkonnektor qaz xəttinin tikintisi layihəsinin reallaşdırılması üzrə hazırlıq işlərinə başlanılması gözlənilir.

AZƏRTAC bu barədə İtaliya KİV-inə istinadla xəbər verir.

Azərbaycan təbii qazının Avropaya nəqlini həyata keçirəcək TAP layihəsinin səhmdarlarından biri olan "Snam” şirkəti yanvarın 12-dən başlayaraq bir həftə ərzində tikintiyə hazırlıq işləri ilə məşğul olacaq. Şirkətin məlumatına görə, interkonnektor qaz xəttinin tikintisinə isə cari ilin fevral-mart aylarında start verilməsi nəzərdə tutulur.

"Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi nəzərdə tutulur. Qeyd edək ki, italyan şirkəti təbii qaz infrastrukturu üzrə ixtisaslaşıb və 2017-ci il dekabrın 31-dək olan göstəriciyə görə, bazar kapitalının həcmi 13,953 milyard avro təşkil edib. "Snam” əvvəllər İtaliyanın "Eni” energetika nəhənginin törəmə şirkəti olub.

Ümumi dəyəri 4,5 milyard avro olan Transadriatik qaz kəməri "Cənub qaz dəhlizi” layihəsinin tərkib hissəsidir. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur, sonrakı illərdə bu həcm artırıla bilər. Boru xəttinin uzunluğu 878 kilometrdir. TAP-ın 550 kilometrlik hissəsi Yunanıstan, 215 kilometri Albaniya, 105 kilometri Adriatik dənizinin dibi və 8 kilometri İtaliya ərazisindən keçəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM