warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım ataşehir kuaför hacklink Shell indir

Alternative content

09:20 22 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Eviniz mübarək, yolunuz açıq olsun!
Eviniz mübarək, yolunuz açıq olsun!
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:25 10.01.2019


Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların rifahı və rahatlığı dayanır. Bunu yeni müəssisələrin işə salınması, insanların istifadə etdiyi infrastrukturun təzələnməsi, yolların çəkilməsi, evlərin tikilməsi, digər sosial obyektlərin yaradılması təsdiqləyir.

Yeni il ərəfəsində yekunlaşan layihələr bir daha göstərir ki, vətəndaşların sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı prioritet olaraq qalır.

2018-ci il dekabrın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdikləri Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yol, eləcə də Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksi paytaxt sakinlərinə daha bir Yeni il töhfəsi oldu.

Belə ki, sözügedən yol Bakı Dairəvi avtomobil yolu ilə Abbas Şərifzadə küçəsi arasında yeni bağlantı yaradıb. Nəticədə nəqliyyat vasitələri Badamdar şosesindən istifadə etmədən birbaşa Şərifzadə küçəsinə və Bakı Dairəsi avtomobil yoluna çıxa bilir. Dairəvi avtomobil yolundan isə nəqliyyat vasitələri həm Ələt-Qazax, həm də Biləcəri-Sumqayıt istiqamətinə rahat hərəkət edir. Başqa sözlə, bu, sürücülərin və sərnişinlərin əlavə məsafə qət etmədən və vaxt itirmədən mənzilbaşına çatması deməkdir. Yeni yol, eləcə də Badamdar şosesi, "20 Yanvar” dairəsi və "Şamaxı yolu” adlanan ərazilərdə nəqliyyatın sıxlığının azalması məqsədini daşıyır. Çünki o, şəhərin müxtəlif istiqamətlərinə çıxışı asanlaşdırır, sakinlərin rahat hərəkətini də təmin edir.

Həmin gün Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı da neçə-neçə ailənin sevincinə səbəb oldu. Kompleksin ümumi sahəsi 11,6 hektardır. Buradakı mənzillərin hamısı vətəndaşlara tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə təklif edilir. Kompleksin nəqliyyat infrastrukturunun yaradılması da diqqət mərkəzindədir. Bunu ərazinin Bakının əsas nəqliyyat şəbəkəsinə və metronun "İnşaatçılar” stansiyasına yaxın olması da göstərir. Bakı Nəqliyyat Agentliyi şəhərin dörd istiqamətində kompleksə marşrut xətlərinin açılmasını nəzərdə tutur.

Yeni il ərəfəsində kompleksdə yaşayan ailələrin məktəbli övladları da gözəl töhfə alıblar. Belə ki, kompleksin ərazisində 161 saylı tam orta məktəbin binası inşa edilib. Məktəbin 36 sinif otağında 960 şagird təhsil alacaq. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Uşaqların istifadəsinə, eləcə də 6 tədris laboratoriyası veriləcək.

Kompleks layihələndirilərkən körpələr də unudulmayıb. Burada 240 yerlik uşaq bağçası tikilib. Bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə olmasına imkan verir. Yəni buradakı qrup, məşğələ və oyun otaqları zəruri avadanlıqlarla təchiz olunub. Müasir yeməkxana balacaların gün ərzində keyfiyyətli qidalanmasını təmin edəcək. Bağçanın həyətində uşaqların əylənməsi və istirahət etməsi üçün də münasib şərait yaradılıb, attraksionlar quraşdırılıb.

Xatırladaq ki, kompleksin baş planı üzrə bu ilin sentyabr ayında 5 binada "Elektron hökumət” portalı üzərindən "Güzəştli mənzil” sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb. Onlardan 278-nin alqı-satqısı başa çatdırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin yeni yaşayış komplekslərinin tikintisi istiqamətində fəaliyyəti uğurla davam edir. Elə dekabrın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha bir kompleksin təməlqoyma mərasimində iştirak etdilər. Bu, ümumi sahəsi 15,4 hektar təşkil edən böyük bir kompleks 40 yaşayış binasını əhatə edəcək. Bu binalardan 22-si 9, 18-i 12 mərtəbəli olacaq. Binalarda bir, iki, üç, dörd otaqlı və studio tipli mənzillər təklif ediləcək. Mənzillərin ümumi sayı 2200-ü ötəcək. Növbəti kompleksdə də yaşayış binaları ilə yanaşı, sosial-məişət obyektləri, uşaq bağçaları, orta məktəb, balacalar üçün oyun meydançaları və s. olacaq.

Bütün bunlar o deməkdir ki, minlərlə ailə ətrafında hər cür infrastrukturu olan rahat mənzil almaq imkanı əldə edəcək. Bu prosesin davamlı olması göstərir ki, dövlət vətəndaşın rifahını daim üstün tutur, onun abad evinin, rəvan yolunun, xoş güzəranının olmasına çalışır.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM