10 Yanvar 2019 01:16
342
İQTİSADİYYAT
A- A+

209,5 milyon ton yük və 1,8 milyard nəfər sərnişin


Azərbaycanın iqtisadi inkişafının dinamikliyi ölkənin nəqliyyat sektorunu da xeyli canlandırmışdır. Bunu Dövlət Statistika Komitəsinin keçən ilin 11 ayı üzrə olan son məlumatındakı rəqəmlər də təsdiqləyir.

Məlumatda bildirilir ki, ötən ilin yanvar-noyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 209,5 milyon ton yük daşınmışdır. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən 1,5 faiz çoxdur. Daşınmanın 3,6 faizi dəniz, 6 faizi dəmir yolu, 0,1 faizi hava, 65 faizi avtomobil nəqliyyatı, 25,3 faizi boru kəmərləri vasitəsi ilə həyata keçirilmişdir.

Bu dövrdə həmçinin qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi artmışdır - 2,7 faiz. Bu rəqəm kifayət etmişdir ki, daşınan ümumi yüklərin həcmində qeyri-dövlət sektoruna aid nəqliyyat vasitələrinin xüsusi çəkisi 82,4 faiz olsun.

Sözügedən müddətdə nəqliyyatçılar həmçinin 1 milyard 811,6 milyon nəfər sərnişinə (2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur) xidmət göstərmişlər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatından, 11,6 faizi metrodan, qalan hissəsi isə digər nəqliyyat növlərindən istifadə etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video