Alternative content

22:05 19 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 6,6 milyard manatlıqdan çox məhsul istehsal olunmuşdur
6,6 milyard manatlıqdan çox məhsul istehsal olunmuşdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:15 10.01.2019


Ümumilikdə 2018-ci ili ölkənin aqrar sektoru üçün uğurlu dövr hesab etmək olar. Ötən il Azərbaycanın kənd təsərrüfatı, o cümlədən ərzaq məhsulları idxalından asılılığını minimuma endirilməsi və bununla ərzaq təhlükəsizliyi məsələsinin həlli istiqamətində atılan mühüm addımlar, həyata keçirilən islahatlar nəticəsiz qalmamışdır.

Dövlət Statistika Komitəsinin ötən ilin yanvar-noyabr aylarını əhatə edən son məlumatına görə ölkədə faktiki qiymətlərlə dəyəri 6 milyard 616,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bunun da 3 milyard 496,7 milyon manatlığı heyvandarlıq, 3 milyard 119,5 milyon manatlığı bitkiçilik məhsullarının payına düşmüşdür. 2017-ci illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı ümumilikdə 4,6, o cümlədən heyvandarlıq üzrə 2,7, bitkiçilik üzrə 6,6 faiz artmışdır.

Keçən il dekabrın əvvəlinə olan məlumata görə, payızlıq və yazlıq dənli, eləcə də dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 1 milyon 49,4 min hektarı (99,8 faizi) biçilmiş və həmin sahələrdən 3 milyon 59,9 min ton və ya 2017-ci ilin eyni dövründəkindən 13,7 faiz çox məhsul götürülmüşdür. Hər hektarın məhsuldarlığı orta hesabla 29,2 sentner olmuşdur. Bundan əlavə, məhsulu toplanmış 31,7 min hektar dən üçün qarğıdalı sahəsindən 226,8 min ton məhsul yığılmışdır ki, bu da orta hesabla 71,5 sentner məhsuldarlıq deməkdir. Beləliklə, qarğıdalı da nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 286,7 min tona çatmışdır.

Sözügedən dövrədək sahələrdən həmçinin 1 milyon 446,6 min ton (əvvəlki ilin eyni dövründəkindən 5,6 faiz çox) tərəvəz, 889,4 min ton kartof, 401,6 min ton bostan məhsulları toplanmışdır. Orta məhsuldarlıq tərəvəzçilik üzrə 10, bostan məhsulları üzrə 5 sentner artmışdır.

Ötən ili pambıqçılıq üçün də uğurlu hesab etmək olar. Belə ki, əkilmiş 132,5 min hektardan cari il yanvarın 8-nə olan məlumata görə, 232,2 min tondan artıq pambıq yığılmışdır. Bu isə 2017-ci ildəkindən 12,1 faiz çoxdur. Pambıqdan savayı keçən mövsüm Azərbaycan fermerləri 11,6 min hektarda dən üçün günəbaxan, 8,6 min hektarda şəkər çuğunduru, 3,4 min hektarda tütün əkmişlər. 2018-ci ilin son ayının əvvəlinə olan məlumata görə, həmin sahələrdən 24,2 min ton dən üçün günəbaxan, 284,5 min ton şəkər çuğunduru, 5,7 min ton tütün toplanmışdır. Hesabat dövrünədək ölkə üzrə həmçinin 998,4 min ton meyvə və giləmeyvə, 154,8 min ton üzüm, 868,6 ton yaşıl çay yarpağı tədarük edilmişdir.

Heyvandarlığa gəldikdə, 2018-ci ilin 11 ayının məlumatına görə, 463,6 min ton ət, 1 milyon 899 min ton süd, 1 milyard 534,7 milyon ədəd yumurta, 15,7 min ton yun istehsal olunmuşdur. Eyni zamanda, həmin dövrdə 514 ton barama istehsal edilmişdir ki, bu da son 20 ilin ən yüksək göstəricisidir. Xatırladaq ki, 2017-ci ildə ölkə üzrə istehsal edilən baramanın həcmi 245 ton olmuşdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM