Alternative content

11:43 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkə üzrə ümumi kredit portfelinin həcmi 12,2 milyard manatdan çoxdur
Ölkə üzrə ümumi kredit portfelinin həcmi 12,2 milyard manatdan çoxdur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:15 10.01.2019


Məlumdur ki, kredit qoyuluşu ölkələrin iqtisadi inkişafına stimul verən əsas vasitə sayılır və Azərbaycan da bu sırada istisna deyil. Dayanıqlı bank sisteminin mövcudluğu, sabit milli valyuta, geniş meydan verilən özəl sektor ölkəmizdə kredit qoyuluşlarının artımında mühüm rol oynayır.

Mərkəzi Banka istinadən Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə, ötən il noyabrın 1-nə Azərbaycanın bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 281,3 milyon manat olmuşdur. Ümumi kredit portfelinin 79,6 faizi (9 milyard 779,1 milyon manatı) uzunmüddətli kreditlərin payına düşmüşdür. Kreditlərin 96,8 faizi banklar, 3,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilmişdir.

Məlumatda o da bildirilir ki, sözügedən dövrədək ölkə üzrə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 13,8 faizinə bərabər olmuşdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM