Alternative content

11:45 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu gün Dubayda “Azərbaycan Ticarət Evi” açılır
Bu gün Dubayda “Azərbaycan Ticarət Evi” açılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:14 10.01.2019


Yanvarın 10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Azərbaycan Ticarət Evi” açılacaq. Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Dubayda yaradılacaq "Azərbaycan Ticarət Evi” yerli məhsulların tanıdılması və ixracın artırılması istiqamətində fəaliyyət göstərəcək. Xatırladaq ki, Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb. Hazırda Rusiya, Ukrayna, Belarus, Latviya, Polşa və Çində Azərbaycan ticarət evləri fəaliyyət göstərir. Növbəti ticarət evi Azərbaycanın xarici ölkələrdəki sayca 7-cisi olacaq.

Bu il daha 3 ölkədə Azərbaycan ticarət evinin açılması planlaşdırılır. İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, bunlar Çin (ikinci ticarət evi), Rusiya (ikinci ticarət evi) və Qazaxıstandır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM