10 Yanvar 2019 01:14
443
İQTİSADİYYAT
A- A+

Danimarkaya alüminium ixracına başlanılıb


Dünya bazarında "Made in Azerbaijan” brendinin uğurlu təmsilçilərindən biri olan Sumqayıt Texnologiyalar Parkı Danimarkanın özəl şirkəti ilə 110 tonluq alüminium profil istehsalını nəzərdə tutan müqavilə bağlayıb.

Texnoparkın Alüminium Profillər Zavodu sifarişçi şirkətin istəyinə uyğun qəliblər hazırladıqdan sonra istehsala başlayaraq sifarişi uğurla tamamlayıb və istehsal olunan məhsullar Danimarkaya yola salınıb.

2014-cü ildə istismara verilən STP-nin Alüminium Profillər Zavodunda fasad və standart formada olmaqla isti və soyuq seriyalı profillər, alüminium boşluqlar, pəncərə sistemləri, alüminium elektrik şinləri, habelə müştərinin istəyinə uyğun digər alüminium məhsulları istehsal olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video