09 Yanvar 2019 18:14
687
Elm və texnika
A- A+

Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının əməkdaşlığı müzakirə olunub


Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolunda əksini tapan müddəalar əsasında hazırlanmış fəaliyyət planı müzakirə olunub. Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən Assosiasiyanın sədr müavini, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova və qurumun nümayəndələri gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.

Fonddan AZƏRTAC-a bildirilib ki, fəaliyyət planında qadın sahibkarlığının təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, sahibkarlıq fəaliyyəti göstərən xanımların maarifləndirici görüşlərə cəlb olunması, elmi-praktik konfransların, seminar və təlimlərin, intellektual müsabiqələr və bilik yarışmalarının təşkili, müvafiq mövzuda materialların nəşri məsələləri yer alıb. Həmçinin sosialyönümlü videoçarxların hazırlanması, Assosiasiyanın təqdim etdiyi məlumatlar əsasında gənclər üçün vakant iş yerlərinə dair məlumat bankının yaradılması, xarici ölkə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə maarifləndirici layihələrə cəlb edilməsi ilə bağlı tədbirlər əksini tapıb.

Görüşdə son əlavə və düzəlişlərdən sonra birgə fəaliyyət planının icrasına başlanılması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video