Alternative content

22:05 19 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə İran arasında sərhəd təhlükəsizliyinin təminatı məsələləri müzakirə olunub
Azərbaycan ilə İran arasında sərhəd təhlükəsizliyinin təminatı məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:11 09.01.2019

Yanvarın 9-da İranın Biləsuvar şəhərində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərliyi etdikləri nümayəndə heyətlərinin işçi görüşü keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tərəflər 2018-ci il dekabrın 11-də Bakıda Azərbaycanın və İranın sərhəd qurumları rəhbərlərinin görüşü zamanı əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçiriblər. İşçi görüşündə, həmçinin sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri, o cümlədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya və digər təhdidlərlə mübarizə sahəsində sərhəd mühafizə orqanları qarşısında duran tapşırıqlara dair fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və İranın iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurunun sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində "Astara” və "Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, "Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin tam həcmdə fəaliyyət göstərməsi, Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Görüşdə sərhəd mühafizəsi sahəsində məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili və maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın inkişafı məqsədilə bilavasitə dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntəqələrində görüşlərin davamlı təşkili barədə razılıq əldə edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM