Alternative content

11:40 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp: “Qeyri-leqal miqrasiyadan bütün amerikalılar əziyyət çəkir”
Tramp: “Qeyri-leqal miqrasiyadan bütün amerikalılar əziyyət çəkir”
ANA SƏHİFƏ / DÜNYA
18:09 09.01.2019


ABŞ Prezidenti Donald Tramp hökumətdə baş verən böhranla bağlı Amerika xalqına müraciət etmişdir. Meksika ilə sərhəddə yaranan kritik vəziyyətdən danışan Tramp söhbətin həm təhlükəsilziklə bağlı problemlərdən, həm də humanitar böhrandan getdiyini vurğulamışdır. Onun dediyinə görə, bütün amerikalılar qeyri-leqal miqrasiyadan əziyyət çəkir.

Tramp qeyd etmişdir ki, miqrasiya ilə əlaqəli cinayətkarlığa görə minlərlə adam, həm ABŞ sakinləri və həm də qaçqınlar həlak ola bilər.

Prezident həmçinin ümidvar olduğunu bildirmişdir ki, Konqresin liderləri ilə görüşündən sonra hökumət işini davam etdirəcək. Onun fikrincə, vəziyyətin yeganə çıxış yolu demokratları sərhədləri "müdafiə edəcək” büdcənin qəbul olunmasına inandırmaqdır. Tramp əlavə etmişdir ki, güzəştlərə getməyə hazırdır və sərhəddə inşa olunacaq divarın betondan olmasına təkid etmir, hasarın poladdan tikilməsinə də razıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM