Alternative content

11:37 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən il 4,6 min miqrant həlak olmuş, yaxud itkin düşmüşdür
Ötən il 4,6 min miqrant həlak olmuş, yaxud itkin düşmüşdür
ANA SƏHİFƏ / DÜNYA
18:09 09.01.2019


2018-ci ildə 4600-ə yaxın miqrant həlak olmuş, yaxud itkin düşmüşdür. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat verir.

Təşkilatın rəsmi nümayəndəsi Leonard Doyl Cenevrədə keçirilmiş brifinqdə bildirmişdir ki, əldə olunan məlumata görə, azı 4592 miqrant yolda həlak olmuş, yaxud itkin düşmüşdür. Doylun dediyinə görə, qurbanların sayının hesablanması hələ başa çatmamışdır. Belə ki, hələ bir neçə mənbədən məlumatlar daxil olmamışdır.

Qurbanların yarıdan çoxu Afrikadan Avropaya Aralıq dənizi ilə miqrasiya marşrutunun payına düşür (2297). Şimali Afrikada 567, Afrikanın Saxaranın cənubunda yerləşən ölkələrində 559, Meksikanın ABŞ-la sərhədində 383, Afrika Buynuzu regionunda 274 nəfər həlak olmuş, yaxud itkin düşmüşdür. Bundan sonra Yaxın Şərq (121), Avropa (109), Mərkəzi Amerika (77), Cənub-Şərqi Asiya (68) və Mərkəzi Asiya (52) gəlir. Digər regionlarda qurbanların sayı azdır. Karib hövzəsində 34 nəfər, Cənubi Amerikada 27 nəfər həlak olmuş, yaxud itkin düşmüşdür.

Ötən il Avropaya Aralıq dənizi ilə 116 mindən çox miqrant gəlmişdir. Ardıcıl olaraq beşinci ildir ki, dünyada həlak olmuş, yaxud itkin düşmüş miqrantların sayı 3 min nəfərdən çoxdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM