09 Yanvar 2019 17:42
530
Mədəniyyət
A- A+

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılıb


Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından üç il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək tanınmış şairin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Zəlimxan Yaqub kim şairlərin heç vaxt unudulmayacağını söyləyən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu vəfatından keçən 3 il müddətində şairin kitablarının Qazaxıstan və İranda işıq üzü gördüyünü söyləyib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Zəlimxan Yaqubun təkcə Azərbaycan ədəbiyyatında deyil, türk dünyasında sevilən şair olduğunu bildirib və onun dünya ədəbiyyatında mövqeyindən söhbət açıb. Şairin zəngin həyat yolundan danışan alim onun nəinki görkəmli şair, ədəbiyyatçı, həm də ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirib. Bildirib ki, xalqın sevgisini qazanmış Zəlimxan Yaqub sağlığında həm Azərbaycanın, həm də Gürcüstanın müxtəlif ali dövlət mükafatlarına layiq görülmüşdü.

Mərasimdə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Təbrizdən gəlmiş qonaq, "Mişov dağı” jurnalının təsisçisi və baş redaktoru Aqşin Ağkəmərli, şairlər Yusif Nəğməkar, Zaməddin Ziyadoğlu və başqaları Zəlimxan Yaqubun poetik təfəkküründə milli mənəvi dəyərlərin geniş yer tutduğunu bildiriblər.

Vurğulanıb ki, şair ömrünün 40 ilini Azərbaycan poeziyasının inkişafına həsr edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video