Alternative content

07:01 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AHİK-də 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edilib
AHİK-də 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:11 09.01.2019


1990-cı il yanvarın 20-də törədilmiş qanlı hadisələrin üstündən 29 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur.

Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutmuşdu. Həmin gecə müstəqillik uğrunda mübarizəyə qalxan, Vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilmişdi. Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.

Hər il olduğu kimi, bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda şəhid olan Vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir. AHİK-in tədbirlər planına uyğun olaraq yanvarın 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev onların problemləri ilə maraqlanıb, şəhid ailələrinin hər zaman həmkarlar ittifaqı təşkilatlarının diqqətində olduğunu, problemlərinin həllinə daim həssaslıqla yanaşıldığını, şəhid olmuş soydaşlarımızın xalqımızın qəlbində əbədi yaşayacağını, xatirələrinin həmişə əziz tutulduğunu diqqətə çatdırıb. S.Möhbalıyev iştirakçıları bir daha əmin edib ki, həmkarlar ittifaqları olaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhid övladlarımızın ailə üzvlərinə bundan sonra da qayğı və diqqətimizi əsirgəməyəcəyik.

Sonra 104 şəhid ailəsinin hər birinə 200 manat maddi yardım təqdim edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM