09 Yanvar 2019 14:45
876
Səhiyyə
A- A+

Ölkəmizdə epidemioloji vəziyyət müşahidə olunmur


Hazırda Azərbaycanda epidemioloji vəziyyət müşahidə olunmur.

Bunu AZƏRTAC-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, donuz qripi hava-damcı yolu ilə yayılan infeksiyadır və adi qriplə eyni simptomlara malikdir: "Lakin pandemik qripin simptomları adi qripdə olduğundan bir qədər ağırdır. Adi qrip zamanı bədən hərarəti 37-38 dərəcə arasında olursa, pandemik qripdə hərarət 38 dərəcədən daha yüksək olur. Adi qripdə hərarət bir neçə günə yüksəlirsə, pandemik qripdə qəflətən yüksəlir. Pandemik qripdə adi qripdə olmayan bir sıra əlamətlər - ürəkbulanma, qusma, əzələ, boğaz, baş, oynaq ağrıları, tənəffüs çətinlikləri, bir sıra hallarda diareya müşahidə edilir. Bundan başqa pandemik qrip iki-üç gün ərzində pnevmoniyaya və digər fəsadlaşmaya səbəb ola bilər”.

Afaq Əliyevanın dediyinə görə, hazırda narahatlıq üçün ciddi əsas yoxdur. Oktyabrın ortalarından bəri kəskin respirator xəstəliklərə qarşı 286 xəstədən analizlər götürülüb və onlardan yalnız birində mövsümi qrip virusu aşkar edilib.

Direktor müavini qripə bənzər və ya kəskin respirator virusun ağır formaları qeydə alındığı halda onların müalicəsi üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz və 7 nömrəli yoluxucu uşaq xəstəlikləri xəstəxanasında hər cür şərait yaradılıb. O, xəstəlikdən qorunmaq üçün hökmən maskadan istifadə edilməsinin vacibliyini bildirib, çünki bu halda asqıranda və öskürəndə ətrafa selik damcıları yayılmır.

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə deyib: "Xəstəliyin ilk əlamətləri müşahidə olunan kimi uşaqlar bağça və məktəblərə buraxılmamalı, həkimə müraciət edilməlidir. Qrip elə qorxulu xəstəliklərdəndir ki, vaxtında qarşısı alınmayanda daha ciddi fəsadlar törədə bilir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video