Alternative content

07:01 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəlilabadlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanıblar
Cəlilabadlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:43 09.01.2019


Prezident İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına müvafiq olaraq cəlilabadlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, çağırışçılar və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov Azərbaycan Ordusunun ən müasir hərbi texnika və silahlarla təchiz edildiyini vurğulayaraq, işğal olunmuş torpaqlarımızın tezliklə azad olunacağına əminliyini bildirib.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mansur Məmmədov çıxışında hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu deyərək, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirməyi tövsiyə edib.

Tədbirdə çıxış edən Qarabağ döyüşlərində böyük şücaət göstərmiş Maşallah Əliyev və valideynlər gənclərə hərbi xidmətdə uğur arzulayıblar.

Mərasim konsert proqramı ilə davam edib.

Çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola düşüblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM