Alternative content

11:41 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mixail Neyjmakov: 2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənib
Mixail Neyjmakov: 2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənib
ANA SƏHİFƏ / SİYASƏT
14:41 09.01.2019

2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri daha da möhkəmlənib.

Bu fikri AZƏRTAC-a açıqlamasında rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov bildirib. O deyib: "Əvvəla, rəsmi Moskva və Bakı daha genişmiqyaslı qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar. Bu qarşılıqlı əməkdaşlığa postsovet məkanının digər oyunçuları da qoşulub. Burada Şimal-Cənub nəqliyyat dəhlizini qeyd etmək lazımdır. Bu mövzu həm Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə 2018-ci ilin sentyabrında Soçidəki danışıqları zamanı, həm də digər tədbirlərdə, o cümlədən Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 17-ci iclasında müzakirə olunub”.

Analitik bildirib ki, Rusiyanın Xəzərə olan marağı birgə layihələrin həyata keçirilməsi və iki ölkənin mövqelərinin əlaqələndirilməsi üçün əlavə səbəbdir. Burada həm iqtisadi, həm də təhlükəsizlik məsələləri ilə bağlı əhəmiyyətli komponent mövcuddur. Məsələn, Rusiya Prezidentinin keçən ilin sentyabrında Azərbaycana səfərindən əvvəl iki ölkənin sahil mühafizəsinin Xəzərdə birgə təlimləri baş tutdu. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəisi general-leytenant Aleksey Buyerovun rəhbərliyi ilə "Brilliant” sərhəd gözətçi gəmisi isə Bakı limanına dostluq səfəri edib.

Mixail Neyjmakov Rusiya-Azərbaycan əlaqələrinin regionlar səviyyəsində də inkişaf etdiyini bildirərək deyib: "Təsadüfi deyil ki, Prezident Vladimir Putinin 2018-ci ilin sentyabrında Bakıya səfəri onun Rusiya-Azərbaycan Regionlararası Forumunda iştiraki ilə bağlı idi. Bu tədbirə Rusiya Federasiyasının Şimali Qafqaz və ya cənub federal rayonlarına daxil olan subyektlərinin başçıları böyük maraq göstəriblər. Forumda Novqorod vilayətinin başçısı Andrey Nikitin də iştirak edib. O, 2017-ci ilin dekabrında Rusiya Federasiyasının Dövlət Şurasının iclasında regionların investisiya cəlbediciliyinin artırılması barədə əsas məruzəçi olub. Həmçinin Həştərxan vilayətinin nümayəndə heyətinin 2018-ci ilin dekabrında Azərbaycana səfərini də xüsusi qeyd etmək olar.

Moskvanın Xəzər regionunun inkişafına olan marağı ildən-ilə artır. 2017-ci ilin noyabrında təsdiqlənmiş 2030-cu ilə qədər Xəzər hövzəsində limanların inkişaf strategiyasını yada salaq. Bu amilin önəmi Rusiya və Azərbaycan dialoqu üçün gələcəkdə arta bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM