Alternative content

10:14 20 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bir çox ekran əsərinin çəkiliş meydançasına çevrilən İçərişəhər bu gün...
Bir çox ekran əsərinin çəkiliş meydançasına çevrilən İçərişəhər bu gün...
ANA SƏHİFƏ / Mədəniyyət
09:53 09.01.2019


Əsrlərin xatirəsini özündə yaşadan İçərişəhərin təkrarolunmaz dar küçələri, özünəməxsus həyətləri, qala divarları, hamamları, məscid və karvansarayları bir çox məşhur kinofilmlərin və televiziya verilişlərinin çəkildiyi bir məkan kimi uzun illərdir istifadə olunur. Vaxtilə bir çox ekran əsərinin çəkiliş meydançasına çevrilən İçərişəhərdə bu gün də film çəkilişləri üçün müraciətlər var.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, son illərdə dünyanın bir çox məşhur film festivallarında nümayiş olunan "Əli və Nino” və "İçərişəhər” bədii filmləri məhz İçərişəhərdə çəkilib. Görkəmli yazıçı Mircəlal Paşayevin "Kəmtərovlar ailəsi” hekayəsi əsasında ssenariləşdirilmiş film, "ARB Aran” Media Şirkətinin "Aran Film” studiyası tərəfindən ekranlaşdırılmış "Yalnış anlama” filmi son bir ildə İçərişəhərdə çəkilmiş uğurlu filmlərdəndir. Bundan başqa, "Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən Azərbaycan tarixi və mədəniyyətinin görkəmli şəxsiyyətləri haqqında davamlı olaraq sənədli filmlər çəkilir. Son bir il ərzində bu silsilədən İmadəddin Nəsimi, Əhməd bəy Ağaoğlu, Seyid Hüseyn, Müslüm Maqomayev, Eldəniz Zeynalov, Səkinə İsmayılova, Tofiq Quliyev, Cəmil Müfudzadə, Yusif Vəzir Çəmənzəminli və onlarla tanınmış simalara həsr edilən sənədli televiziya filmləri məhz burada ekranlaşdırılıb.

Xatırladaq ki, bədii kinoda İçərişəhər ilk dəfə 1924-cü ildə ekrana çıxan "Qız qalası əfsanəsi” filmində əksini tapıb. Təkrarolunmaz koloritə malik İçərişəhərin sirli dar küçələri, miniatür həyətləri, qala divarları hər zaman bədii, sənədli və elmi-kütləvi filmlər üçün çəkiliş meydançası olaraq əvəzedilməz məkan olub. Bu proses bu gün də davam edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM