Alternative content

11:44 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada intihar hallarının sayı azalıb
Dünyada intihar hallarının sayı azalıb
ANA SƏHİFƏ / DÜNYA
23:50 08.01.2019

Dünyanın bütün ölkələri üzrə intihar hallarının statistikası göstərir ki, könüllü surətdə həyatdan köçmək istəyənlərin sayı azalıb.

AZƏRTAC "newsland.com” saytına istinadla xəbər verir ki, azalma xüsusilə Rusiyada müşahidə olunur. Statistikaya görə, intihar hallarının çoxu insanın düşdüyü çarəsiz vəziyyətlə bağlıdır. Özü də insanları intihara çox vaxt alkoqollu içkilər sürükləyir.

Hazırda alkoqollu içkilər az içildiyi üçün özünə qəsd etmək istəyənlərin sayı da azalıb. İnsanlar üçün idmanla məşğul olmaq ümidsizliyi və çarəsizliyi, meyvə-tərəvəzdən hazırlanmış qatı içkilər - smuzilər keyfiyyətsiz alkoqollu içkiləri əvəzləyib. İntihara meyilli adamlar idman zallarına getməyə, alkoqollu içkilər yerinə dadlı meyvə-tərəvəz şirələri içməyə üstünlük verirlər.

Lakin intihar hallarının azalması belə halların kökünün tamamilə kəsilməsi demək deyildir.

Hazırda bütün dünyada intihar halları 1994-cü illə müqayisədə 38 faiz azalıb. Burada həm iqtisadi inkişaf, həm də sosial sahədə müsbət dəyişikliklər rol oynayıb.

Əhalinin zəhərli maddələrdən mühafizə olunması da vəziyyəti yaxşılaşdırıb. Bu, xüsusilə Çində müşahidə olunub. ABŞ-da silah satışı geniş yayıldığı üçün odlu silahla intihar hadisələri daha çoxdur. Çində intihar etmək istəyənləri adi dərman qablaşdırması bu işdən çəkindirir. Qablaşdırmanı açmaq çoxlu vaxt apardığı üçün intihara qalxan insanın düşünməyə imkanı olur.

Dünya KİV-ləri də məsələyə ehtiyatla yanaşır, intihar üsullarından yazmır, oxucuları intihar fikrindən daşınmağa, çətin vəziyyətlərdə bir-birini dəstəkləməyə və dara düşən insana yardım əli uzatmağa çağıran materiallar yayırlar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM