08 Yanvar 2019 23:43
459
DÜNYA
A- A+

Ermənistan rəsmiləri ölkədə donuz qripi virusunun yayılmasını gizlətməyə çalışır



Ermənistanda qrip virusundan ölənlərin sayı artıb. Ölənlərdən 10-da məhz H1N1 virusu (donuz qripi) aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Mətbuatın yazdığına görə, Ermənistanın səhiyyə naziri bu faktları gizlətməyə çalışır.

Ermənistan səhiyyə nazirinin səlahiyyətlərini icra edən Liana Torosyan ölkədə donuz qripinin (H1N1 virusu) yayılması ilə bağlı xəbərləri təkzib edib. O deyib: "Hazırda Avropada olduğu kimi Ermənistanda da H1N1 virusu qeydə alınıb. Amma bu çox təhlükəli deyil və biz bunu şişirtməməliyik”.

Ermənistan Səhiyyə Nazirliyindən bildiriblər ki, yanvarın 8-dək "donuz qripi" simptomları ilə xəstəxanalara 642 nəfər müraciət edib, lakin onlardan 597 nəfərinə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Nazirlik əhalini sakitləşdirməyə, təlaş keçirməməyə çağırıb və bildirib ki, vəziyyət "nəzarət altındadır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video