Alternative content

11:43 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hindistanda ümumxalq tətilinə 200 milyon nəfər qatılıb
Hindistanda ümumxalq tətilinə 200 milyon nəfər qatılıb
ANA SƏHİFƏ / DÜNYA
17:55 08.01.2019


Dünən Hindistanda bir sıra ümummilli həmkarlar ittifaqları və solçu hərəkatların çağırışı ilə başlamış ikigünlük tətildə 200 milyon nəfərə yaxın adam iştirak edib. Bu barədə NDTV telekanalı xəbər verir.

Etirazçılar sənayenin müxtəlif sahələrində minimal əməkhaqqının və pensiyaların artırılması, sosial şəraiti yaxşılaşdırmaq, işsiz gənclər üçün iş yerləri açmaq tələbi ilə şüarlar səsləndirmişlər.

Tətil iştirakçıları mərkəzi hökuməti fəhlələrin maraqlarını müdafiə etməməkdə ittiham edirlər. Aksiyaya bəzi kəndli və fermer birlikləri də qoşulmuşdur.

Etirazçılar ölkənin bir neçə regionunda dəmir və avtomobil yollarını bağlamışlar. Qərbi Benqaliya və Kerala ştatlarında polislə toqquşmalar baş vermişdir.

Yerli KİV-in xəbərinə görə, tətil şəhər, şəhərlərarası və dəmiryolu nəqliyyatının, bank sektorunun, sığorta şirkətlərinin və telekommunikasiyaların işinə təsir göstərib. Bəzi rayonlarda məktəblər və digər təhsil müəssisələri bağlanıb. Şəhərlərdə bir çox mağaza və ofislər işləmir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM