Alternative content

11:45 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Aİ-nin Vaşinqtondakı təmsilçiliyinin statusunu aşağı salıb
ABŞ Aİ-nin Vaşinqtondakı təmsilçiliyinin statusunu aşağı salıb
ANA SƏHİFƏ / DÜNYA
17:54 08.01.2019


Donald Tramp administrasiyası Brüsseli rəsmən xəbərdar etmədən Avropa İttifaqının ABŞ-dakı təmsilçiliyinin diplomatik statusunu aşağı salmışdır. Müvafiq məlumatı Aİ-nin rəsmi nümayəndəsi təsdiq etmişdir. Bu barədə "Alman dalğası” radiostansiyası xəbər verir.

Güman ki, missiyanın səviyyəsinin üzv-dövlətin diplomatik statusundan beynəlxalq təşkilat səviyyəsinədək endirilməsi ötən ilin axırlarında baş vermişdir. Diplomatların fikrincə, bu qərar 2018-ci il oktyabrın axırları-noyabrın əvvəllərində qəbul olunmuşdur. O vaxt təmsilçiliyin əməkdaşları diqqət yetirmişlər ki, missiyanın başçısı Devid O’Sallivan Vaşinqtonda keçirilmiş bir sıra tədbirlərə dəvət almamışdır. Məsələn, onlar ötən ilin dekabrında ABŞ-ın 41-ci Prezidenti Corc Buşun (ata) dəfn mərasiminin təşkilatçılarına müraciət etdikdən sonra missiyanın statusunun faktiki olaraq dəyişdirilməsi barədə məlumat almışlar.

ABŞ Dövlət Departamenti Aİ-nin diplomatik əməkdaşlarının sorğusuna belə bir cavab vermişdir ki, "onları məlumatlandırmaq yaddan çıxmışdır”. Xarici siyasət idarəsi izah etmişdir ki, protokol xidmətinin rəhbəri Aİ diplomatlarını dəvət etməməyi məqsədəuyğun saydığına görə müvafiq qərar qəbul olunmuşdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM