Alternative content

11:37 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniya və Avstriyada qar yağışı 9 nəfərin həyatına son qoydu
Almaniya və Avstriyada qar yağışı 9 nəfərin həyatına son qoydu
ANA SƏHİFƏ / DÜNYA
17:54 08.01.2019


Avstriya və Almaniyada azı 9 nəfər güclü qar yağışları və onların törətdiyi uçqunlar nəticəsində həlak olmuşdur. Ölənlərin əksəriyyəti xizəkçilər və turistlərdir.

"Bild” qəzetinin xəbərinə görə, uçqun təhlükəsi üzündən Avstriyada Hohkar qış kurortu bağlanmış, Bavariya Alplarındakı Misbah rayonunda isə fövqəladə vəziyyət rejimi elan edilmişdir.

Proqnozlara əsasən, qar yağışı hələ bir həftə davam edəcək, qar örtüyünün qalınlığı 2 metrə çatacaq. Bu isə binaların uçmasına və yeni ölüm hallarına gətirib çıxara bilər.

Hohkar hakimiyyət orqanları bildirir ki, indiyədək bu cür qar yağışı qeydə alınmamışdır. 20 il əvvəl Qaltbredə baş vermiş fəlakət təkrarlana bilər. O vaxt qar uçqunları nəticəsində bir kommunanın 30-dan çox sakini həlak olmuşdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM