Alternative content

11:34 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Niderland radiosunda Azərbaycan həqiqətlərindən danışılıb
Niderland radiosunda Azərbaycan həqiqətlərindən danışılıb
ANA SƏHİFƏ / SİYASƏT
16:29 08.01.2019

Uzun illərdir Niderlandda yaşayan həmyerlimiz, "Connect” təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yaşadığı ölkənin mətbuatında Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ mövzusunda davamlı olaraq çıxışlar edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu günlərdə həmyerlimiz yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu "Te Gast Bij….ROSD” proqramının qonağı olub.

Bir saatlıq proqramda Azərbaycan musiqiləri səsləndirilib. Həmyerlimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, sovet istilasından və xalqımızın 1988-ci ildən başlayan azadlıq mübarizəsindən, eləcə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən ətraflı söhbət açıb. Həmçinin Azərbaycanın multikultural dəyərlərindən, mətbəxindən ölkəmizdəki Alban kilsələrindən, İçərişəhər və digər tarixi abidələrdən danışılıb. Azərbaycanın füsunkar təbiətindən bəhs edən Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM