Alternative content

22:12 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İtaliyanın “L’Opinione” qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazır
İtaliyanın “L’Opinione” qəzeti Ermənistan-Azərbaycan münaqişəsindən yazır
ANA SƏHİFƏ / SİYASƏT
16:27 08.01.2019

İtaliyanın aparıcı "L’Opinione” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ötən ilin dekabr ayında Bakıda "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin növbəti qurultayının keçirildiyi, İctimai Birliyə yeni sədrin seçildiyi xatırladılır.

Müəllif məqalədə İctimai Birliyin yeni sədri Tural Gəncəliyevin fikirlərinə yer verir. Sədr bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən kriminal xunta rejimi yaradılıb. Orada yaşayan erməni əhali, yəni, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin total nəzarəti altında saxlanılır. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunublar. Dağlıq Qarabağın azərbaycanlı icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin edilmədən münaqişənin ədalətli və davamlı həlli mümkün deyil. Bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgəyaşayış təşviq edilməlidir.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə ətraflı məlumat verilir. Bildirilir ki, Ermənistan hərbi qüvvələri Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını tələb edən beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri, o cümlədən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilmir.

Qeyd edilib ki, etnik təmizləmə nəticəsində bölgəni tərk etmək məcburiyyətində qalmış azərbaycanlı icma Dağlıq Qarabağın gələcək hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etmək kimi qanuni hüquqa malikdir. Bu hüququ tanımadan münaqişənin ədalətli və hərtərəfli həllini təmin etmək mümkün deyil. Danışıqlarda Ermənistan həmişə Dağlıq Qarabağ ermənilərinin hüquqlarını vurğulayır. Bölgənin erməni icmasının hüquqları azərbaycanlı icmanın hüquqları hesabına təmin edilə bilməz. Bir insanın, bir etnik qrupun hüquqları digər insanın, digər etnik qrupun hüquqlarına xələl gətirilməklə təmin oluna bilməz. Bu, beynəlxalq hüququn və insan haqlarının təməlidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM