08 Yanvar 2019 14:54
419
DÜNYA
A- A+

Ermənistanda sosial problemlər daha da çoxalır


Cari ildən Yerevan Rusiyadan aldığı qazın hər min kubmetri üçün 150 deyil, 165 dollar ödəyəcək. Artıq fevraldan etibarən əhali istehlak etdiyi mavi yanacağın hər kubmetrinə görə əlavə vəsait xərcləməli olacaq.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, ekspertlər bunun Nikol Paşinyan hökuməti üçün yeni problemlər yaradacağını bildirirlər. Rəsmi Yerevan isə vətəndaşlara hələlik bu barədə dəqiq məlumat vermir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan məsələ ilə bağlı xalqı əmin etməyə çalışıb ki, danışıqlar aparılır və qiymətlərin qalxmaması üçün əlindən gələni etməyə çalışır.

Bundan başqa, 2019-cu ildən Ermənistanda yeni vergilər tətbiq olunub. Hökumət bəzi mal və xidmətlərə olan vergiləri artırıb, bir sıra məhsullara isə aksiz vergisi tətbiq olunur. Hadisələrin bu cür gedişi onu göstərir ki, Nikol Paşinyan hökuməti sərt qışla və xalqın sosial böhran və artırılmış vergilər fonunda etirazları ilə üz-üzə qalacaq. Çünki əhalinin gəlirləri artıma adekvat deyil. Hökumət qiymət artımına büdcədə yaranan kəsiri aradan qaldırmaq üçün gedir. Vətəndaşların sözlərinə görə, ölkə rəhbərliyi ölkəni elə ağır vəziyyətə salıb ki, bunun qarşısını yeni hökumət də ala bilməyəcək. Onlar üçün mavi yanacaqdan imtina etmək daha əlverişlidir. Onsuz da yaşayış məntəqələrində illərdir alternativ vasitələrdən istifadəyə üstünlük verilir. İnsanlar qədim dövrlərə qayıtdıqlarını bildirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video