Alternative content

11:42 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilal DÜNDAR: “Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi ona olan sevginin göstəricisidir”
Bilal DÜNDAR: “Prezident İlham Əliyevin Türkiyədə “İlin dövlət başçısı” seçilməsi ona olan sevginin göstəricisidir”
ANA SƏHİFƏ / SİYASƏT
00:40 08.01.2019


Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə "İlin dövlət başçısı” seçilməsi bu ölkənin sadə vətəndaşından tutmuş ziyalısına qədər hər kəsin dövlət başçısına sevgisinin və onun gördüyü işlərə qiymətinin göstəricisidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.

Sədr qeyd edib ki, bu sorğu Türkiyənin bütün bölgələrində 570 vətəndaş cəmiyyəti arasında keçirilib. Prezident İlham Əliyev Türkiyədə böyük nüfuza sahibdir. O, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” prinsipinə sadiq qalaraq Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi istiqamətində mühüm xidmətlər göstərib. Dövlət başçısı dəfələrlə sübut edib ki, Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Prezident İlham Əliyev qardaşı və həmkarı Rəcəb Tayyib Ərdoğana dəstək oldu. Türkiyənin çətin zamanlarında qardaş Azərbaycan tərəfindən uzadılan dost əli sadə türk vətəndaşlarında böyük rəğbət yaradıb. Azərbaycan regionda cərəyan edən siyasi məsələlərdə və beynəlxalq iqtisadi layihələrin reallaşmasında Türkiyəyə dəstək verir. Bütün bunların nəticəsidir ki, İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı” adına layiq görülüb.

Federasiya sədri bildirib ki, Türkiyə də hər zaman qardaş Azərbaycanın yanındadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsini öz problemi hesab edir. Bu münaqişə ilə bağlı həqiqətlər Türkiyə dövləti tərəfindən də beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Bilal Dündar qeyd edib ki, Türkiyədə Xocalı faciəsini gənc nəslin yaddaşına həkk etmək üçün onlarca abidə və park istifadəyə verilib. Türkiyənin böyük şəhərlərindən biri hesab olunan Kocaelidə 31 Mart və Xocalı soyqırımları ilə bağlı muzey fəaliyyət göstərir. Burada dünyanın 100-dən çox televiziya kanalı xüsusi reportajlar və sənədli filmlər hazırlayıb. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə birgə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evində Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən kitabxana var.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM