08 Yanvar 2019 00:39
887
Təhsil
A- A+

UNEC brendi Türkiyədə də dövlət qeydiyyatına alındı


Azərbaycan Dövlət İqtisad Universitetinin brendi olan "UNEC” Türkiyədə "Türk Patent və Marka Kurumu” tərəfindən də tanınıb.

UNEC markası Türkiyədəki universitetlər arasında ən çox yayılan 09,16, 35, 41 və 42 saylı təsnifatlara daxil olan xidmət və məhsulları əhatə edir. Bura təhsil və tədris xidmətləri, nəşr, jurnal, kitab, təqvimlər, eləcə də elm və sənaye ilə bağlı tədqiqat və tədqiqat xidmətləri, elmi inkişaf və araşdırma xidmətləri, keyfiyyət və standartların müəyyən edilməsi məqsədi ilə məhsul və xidmətlərin test olunması fəaliyyəti, reklam materialları, bu istiqamətdə digər xidmət və məhsullar daxildir.

Şərtlərə əsasən, növbəti 10 il ərzində UNEC brendi "Türk Patent və Marka Kurumu” tərəfindən də qorunacaqdır. Bir neçə xarici ölkə tərəfindən UNEC brendinin tanınması işi isə tamamlanmaq üzrədir.

Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetinə məxsus UNEC brendi 2016-cı il yanvarın 21-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video