Alternative content

07:01 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İdman inkişaf edir
İdman inkişaf edir
ANA SƏHİFƏ / İDMAN
00:28 08.01.2019


Şirvana gənclər şəhəri də deyirlər. Bu, ilk növbədə keçən əsrin 50-60-cı illərində sənayenin inkişafı ilə əlaqədar respublikamızın ayrı-ayrı rayonlarından, habelə keçmiş SSRİ-nin müxtəlif regionlarından buraya gənclərin gəlib məskunlaşması ilə bağlı olmuşdur. Gənclik insan həyatının qaynar dövrüdür.

O vaxtlar ölkə və şəhər rəhbərliyi gənclərin asudə vaxtlarının sağlam məcraya yönəldilməsi və səmərəli keçməsi üçün tədbirlər görürdü. Bu məqsədlə idman və bədən tərbiyəsinin inkişafına böyük önəm verilirdi. Müntəzəm olaraq neftçilər, energetiklər, inşaatçılar, zavod, fabrik və digər müəssisələr arasında futbol, voleybol, güləş, boks və idmanın digər növləri üzrə yarışlar keçirilirdi.

Ümummilli lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə, ölkənin hər yerində olduğu kimi, Şirvanda (o zaman Əli Bayramlı adlanırdı) da uşaq-gənclər idman məktəbləri fəaliyyətə başlamış, şahmat məktəbi tikilib istifadəyə verilmiş, idman qurğularının sayı və keyfiyyəti xeyli yaxşılaşmış, nəticə etibarilə bu sahədə xüsusi canlanma yaranmışdı. Həmin ənənə bu gün də davam edir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində indi Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamız mötəbər beynəlxalq idman tədbirlərinə evsahibliyi edir. Ölkə idmanının inkişafında Şirvan şəhərinin də öz sanballı payı var.

Hazırda Şirvanda iki uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Gənclər və idman idarəsinin nəzdindəki Uşaq-gənclər idman məktəbi və "Təhsil” Respublika İdman Mərkəzinin tabeliyində olan Şirvan Şahmat məktəbi, "Neftçi” və kikboksinq idman klubları, şəhərin olimpiya idman kompleksi də peşəkar idmançıların yetişməsində baza rolu oynayır. Qeyd olunan idman müəssisələrində və təşkilatlarında idmanın boks, sərbəst və yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, futbol, voleybol, kikboksinq, bədii gimnastika, üzgüçülük, karate, universal döyüş növləri inkişaf edir. Bu idman növləri ilə 2 min 620 yeniyetmə və gənc məşğul olur.

2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Şirvan Olimpiya İdman Kompleksi şəhərdə idmanın inkişafına böyük töhfə oldu. Gənclər və idman idarəsi də maddi-texniki bazanın möhkəmləndirilməsi, idmanın kütləviliyinin artırılması, istirahət yerlərində bədən tərbiyəsi və idmanın inkişafı üçün müəyyən işlər görür, məhəllə komandalarının yaradılması istiqamətində layihələr həyata keçirir. Bunun nəticəsidir ki, nəinki idarə və müəssisələrdə, əmək kollektivlərində, habelə yaşayış massivlərində yaradılmış komandaların iştirakı ilə futbol, voleybol, stolüstü tennis üzrə şəhər çempionatları keçirilir.

2018-ci ilin ötən dövrü ərzində keçirilən şəhər miqyaslı yarışlarda 2 min 556 yeniyetmə və gənc iştirak etmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən turnirlərdə 222 yeniyetmə və gənc idmançı Şirvanı təmsil etmiş, onlardan 13-ü 1-ci, 9-u 2-ci, 25-i 3-cü yerə layiq görülmüşdür. Şəhərin tennis komandası isə respublika birinciliyində 3-cü yeri tutmuşdur.

Astarada 13-14 yaşlı oğlanlar arasında IX Respublika Oyunlarının proqramına daxil edilmiş həndbol yarışlarında şirvanlı yeniyetmələr 1-ci yerin sahibi olmuşlar. Ağdamda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnirdə iştirak edən 15 gəncdən 5-i 1-ci, 2-si 2-ci, 3-ü 3-cü yerləri tutaraq Şirvana qələbə sevinci ilə qayıtmışdır.

Bakıda pauerliftinq idman növü üzrə açıq Azərbaycan kubokunda Şirvan şəhərinin 3 idmançısı mükafatçılar arasında olmuşdur. Sahil Şərifov 1-ci, Bəxtiyar Əmrəliyev və Zabil Əliyev 3-cü yerləri tutmuşlar.

Şirvanlı idmançılar xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda da ölkəmizi layiqincə təmsil edirlər. Belə ki, Rusiyanın paytaxtı Moskvada sərbəst güləş üzrə beynəlxalq turnirdə şirvanlı idmançı Fərid Elşən oğlu Cabbarov 1-ci yeri tutub Dövlət himnini səsləndirmiş, bayrağımızı dalğalandırmışdır. Gürcüstanda sərbəst güləş üzrə yeniyetmələrin Tbilisi beynəlxalq turnirindən isə gümüş medalla qayıtmışdır.

Türkiyənin Gəbzə şəhərində 21-ci Zəfər kuboku yarışında sərbəst güləşçi Əbülfəz Nəsirov çempion olmaqla Şirvan idmançısının nəyə qadir olduğunu nümayiş etdirmişdir. Bunun ardınca o, Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələrin dünya birinciliyində 3-cü yeri tutmağa müvəffəq olmuşdur. Əbülfəz həm də İran İslam Respublikasında sərbəst güləş üzrə "Yadigar imam kuboku” adlı tədbirdə şəxsi və komanda yarışlarında 2-ci yeri tutmuşdur.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Şirvan Gənclər Evinin tikilib istifadəyə verilməsi burada yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına, gənclərdən ibarət komandaların formalaşmasına, gənc nəslin müxtəlif istiqamətlər üzrə dərnəklərdə fəaliyyət göstərməsinə, idmanın inkişafına, xüsusilə də fiziki cəhətdən qüsurlu yeniyetmələrin reabilitasiyası və onların bədən tərbiyəsi və idmanla məşğul olmasına şərait yaratmışdır. Bütün bunlar, ölkəmizin hər yerində olduğu kimi, Şirvanda da gənclərimizə göstərilən qayğı və diqqətin təzahürüdür.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM