Alternative content

11:39 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib
Elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:25 07.01.2019

Yeni ildən elektron qaydada pensiya təyinatı aparılır və həmin qaydada pensiya alan ilk şəxs Bakının Yasamal rayon sakini Ramazan Şabanov olub. 64 yaşının tamam olduğu gün ünvanına gələn bildiriş onun üçün həm də unudulmaz ad günü hədiyyəsi olub.

AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev avtomatlaşdırılmış pensiya təyinatı sisteminin ilk iştirakçısı olan R.Şabanovu elektron qaydada pensiya təyinatı aparılması ilə əlaqədar təbrik edərək ona xoş arzularını bildirib. R.Şabanova nazirlik yanında Əlillərin Peşə Reabilitasiya Mərkəzində toxunulmuş suvenir xalça hədiyyə edilib.

Nazir Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli Fərmanına əsasən ölkəmizdə pensiya təyinatı sahəsində həyata keçirilmiş mühüm islahat tədbirinin bu sahədə vətəndaş məmnunluğuna imkan yaratdığını qeyd edib. Məhz həmin islahatın nəticəsi olaraq pensiya yaşı çatan hər kəs heç bir müəssisə və arxivə üz tutmadan, sənəd toplamadan, bürokratik maneələrlə üzləşmədən ünvanına göndərilən bildiriş vasitəsilə alacağı pensiyanın məbləği və pensiya kartını haradan əldə edəcəyi barədə məlumata yiyələnəcək. Onun verdiyi məlumata görə, bu ilin əvvəlindən pensiya hüququ yaranan 560 şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti R.Şabanov heç bir sənəd toplamadan və heç bir ünvana müraciət etmədən ona elektron qaydada 490 manat məbləğində pensiya təyin olunmasından məmnunluğunu ifadə edib. Həmin gün mobil telefonuna gələn SMS-in onun üçün ən xoş sürpriz olduğunu söyləyib.

R.Şabanov çıxış edərək dövlət idarəçiliyinin təkmilləşdirilməsinin başlıca istiqamətlərindən birinin də məhz elektron texnologiyaların geniş tətbiqi olduğunu bildirib. O, bu sahədə ölkəmizdə islahatlar proqramına uyğun aparılan işlərin əhəmiyyətini vurğulayıb, vətəndaşlarda məmnunluq yaradan islahat tədbirinə görə dövlət başçısına öz minnətdarlığını ifadə edib.

Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev avtomatlaşdırılmış pensiya təminatının sosial sahədə çox böyük dəyişikliklərdən biri olduğunu, vətəndaş cəmiyyəti üzvləri, eləcə də ölkəmizin hər bir sakini tərəfindən məmnunluqla qarşılandığını söyləyib.

Onu da qeyd edək ki, pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddi kişilər üçün 64, qadınlar üçün 61 yaşdır. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş olduğunu nəzərə alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il, o cümlədən kişilər üçün 9,1, qadınlar üçün isə 16,8 il təşkil edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM