07 Yanvar 2019 16:16
258
SİYASƏT
A- A+

Ukrayna telekanalında Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edilib



Ukraynanın nüfuzlu telekanallarından biri olan "5 kanal”da Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin müsahibəsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, diplomat müsahibəsində "Bakı Prosesi”nin əhəmiyyətindən, Azərbaycanın iqtisadi inkişafından, turizm və hərbi sənaye sahələrində əldə etdiyimiz nəticələrdən bəhs edib.

Səfir bildirib ki, Azərbaycan bütün ölkələrlə əməkdaşlığa açıqdır. Prezident İlham Əliyev dünyada yaxşı tanınan nüfuzlu siyasətçidir. Müasir Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev onun praqmatik siyasətini uğurla davam etdirir.

Diplomat müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağa münaqişəsinə geniş yer ayırıb. O deyib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan münaqişə ilə bağlı bəyanatlarında diqqətli olmalıdır. Ermənistanın indiki hakimiyyətinin mövqeyi bölgədə münaqişənin yenidən alovlanmasına səbəb ola bilər. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan işğalçılıq siyasətini davam etdirir. Təəssüf ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qalır.

Azərbaycan-Ukrayna əməkdaşlığına toxunan səfir qeyd edib ki, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoq və fəal diplomatik əməkdaşlıq mövcuddur.

Müsahibədə yola saldığımız ildə və yaxın perspektivdə iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı məsələlərindən də bəhs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video