Alternative content

19:33 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət dəstəyi qol-qanad verir
Dövlət dəstəyi qol-qanad verir
ANA SƏHİFƏ / Oxucu məktubları
00:58 06.01.2019


Prezident İlham Əliyevin rayonumuza hər səfəri sakinlərə böyük sevinc bəxş edir. Dövlət başçısı belə səfərlər zamanı yeni obyektlərin açılışında iştirak edir, əhalinin həyat səviyyəsini yüksəltmək, gün-güzəranını daha da yaxşılaşdırmaq, sosial-iqtisadi inkişafını sürətləndirmək üçün sərəncamlar imzalayır.

Belə böyük qayğı və diqqətin nəticəsidir ki, əvvəlki illərdə rayonda xəstəxana, doğum evi, uşaq xəstəxanası, olimpiya idman kompleksi tikilib, 18 köçkün qəsəbəsi salınıb. Rayonumuzda elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Qazlaşdırmanın səviyyəsi 88 faizdir. İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün çox iş görülüb.

Bu il noyabrın 5-dəki səfər də minnətdarlıqla xatırlanır. Həmin gün ölkə rəhbəri, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak etdilər.

Dövlət başçısı rayonumuzda əkin sahələrinin suvarma üsulu ilə təminatının yaxşılaşdırılması, əlavə tədbirlər haqqında və rayonun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamlar da imzaladı. Birinci sərəncama əsasən rayonumuzda 35 subartezian quyusu qazılacaq. Onlardan biri bizim İmamqulubəyli kəndinin payına düşüb. Bununla xeyli ərazinin su təminatı daha yaxşı ödəniləcək.

Göstərilən qayğı camaatımıza qol-qanad verir, hər qarış torpaqdan səmərəli istifadə edib məhsul bolluğu yaratmağa ruhlandırır.

Şükür MİRZƏYEV,

Ağdam rayonu

İmamqulubəyli kənd sakini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM