06 Yanvar 2019 00:56
3208
Oxucu məktubları
A- A+

Müraciətimiz cavabsız qalmadı


Bilirik ki, ölkə rəhbəri əhalinin məşğulluğunun və rahat yaşamasının təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görür, bununla bağlı vəsait ayırır. Məhz bu diqqət və qayğı sayəsində Qazax rayonunda da bu iş intensiv şəkildə həyata keçirilir.

Keçən il dövlət başçısının müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına 78 çoxmənzilli yaşayış binası əsaslı şəkildə təmir olunmuşdur. Bu il isə 47 binada təmir işlərinin aparılması planlaşdırılmışdı. Artıq onların da hamısında işlər başa çatdırılmışdır.

Hörmətli redaksiya!

Qazax şəhərinin Ə.Şıxlinski küçəsindəki 4 və 5 nömrəli binalar 1986-cı ildə istifadəyə verilmişdir. O vaxtdan bu binalar heç vaxt əsaslı təmir olunmamışdı. Bununla bağlı rayon icra hakimiyyətinə müraciət etdik. Müraciətimiz cavabsız qalmadı. Çox çəkmədən mütəxəssislər gəlib binaya baxış keçirib layihə tərtib etdilər. Cəmi 3 ay ərzində hər iki binanın dam örtüyü dəyişdirildi, fasadları, blokları, pilləkənlər təmir olundu. Elektrik, rabitə xətləri qaydaya salındı. İndi bu binalar da göz oxşayır.

Nailə ƏLİYEVA,

Qazax rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video