Alternative content

19:38 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belə dəb olar?
Belə dəb olar?
ANA SƏHİFƏ / Oxucu məktubları
00:56 06.01.2019


Zaman keçdikcə adət-ənənələrin bəziləri sıradan çıxır, yeniləri yaranır. Bu, təbiidir. Son illər toydan bir gün əvvəl "ciyər axşamları” keçirmək yaman dəbə düşüb.

Onun harada, nə vaxt yarandığını deyə bilmərəm. Amma deyirlər ki, ona az qala bir toyun yarısı qədər, bəlkə də daha çox xərc çəkilir. "Ciyər axşamları”nda yeyib-içənlər ertəsi gün toy məclislərində də iştirak edirlər. Bəzən belə axşamlarda cavanlar yeyib-içəndən sonra oturub səhərin gözü açılana kimi müxtəlif oyunlar oynayırlar. Elə hallar da olur ki, özünü idarə edə bilməyən gənclər dava-dalaş salır, hadisə törədir, araya qanıqaralıq düşür. Ən çox maddi ziyan çəkən də toy sahibi olur, mənəvi əzab çəkən də!

Bəs bu dəbi aradan qaldırmaq üçün nə etmək lazımdır? Sadəcə "qonşudan qalma dala” prinsipindən əl çəkib "ciyər axşamları” keçirməkdən imtina etmək! Bu həm israfçılığın qarşısını alar, həm də xoşagəlməz hadisələrin. Fikrimizcə, bu işdə nüfuzlu adamlar, ziyalılar, ağsaqqallar qabağa düşsələr, məsələ daha tez həllini tapar.

Fəqan İBRAHİMOV,

Bərdə şəhər sakini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM